...

Hüseyn Arabul "Barmek"in ünvanına söylənən tənqidlərlə bağlı açıqlama verib

Energetika Materials 2 Mart 2006 16:10 (UTC +04:00)

Barmek Azərbaycan Elektrik Şəbəkəsinin (Məhdud Məsuliyyətli Cəmiyyət) prezidenti Hüseyn Arabul martın 2-də mətbuat konfransı keçirib. Trend in məlumatına görə, o qeyd edib ki, enerji haqlarının ödənilməsinə dair müqaviləyə görə, "Barmek"in xüsusi istehlakçılardan alacağı 264.784 milyard manat (köhnə pulla) "Azərenerji"dən alınan enerji dəyəri ilə off-set edilməlidir. Lakin "Barmek"in hər ay müraciətlərinə baxmayaraq buna əməl edilmir. H.Arabulun sözlərinə görə, dekabrda noyabr ayına olan borclar 100 faiz ödənilməklə, əlavə olaraq yanvarda ödəniləsi 26 milyard manat pul da "Azərenerji"yə dekabrda ödənilib.

H.Arabul bildirib ki, şəbəkə təsərrüfatının inkişafı üçün Barmek Abşeron üzrə 262.30 milyard manat, Sumqayıt və şimal rayonları üzrə isə 60.88 milyard manat investisiya qoyub. H.Arabul əlavə edib ki, Azərenerji Barmekə rüblük maksimum və minimum gərginlik qrafiki verməlidir, amma 2005 və 2006-cı illərə dair cədvəl təqdim etməyib. Onun sözlərinə görə, Barmekin Azərenerjidən təhvil aldığı 110 KV, 35 KV və 10 KV transformatorların yük altında gərginlik tənzimləmə imkanı yoxdur. Amma Barmekin yeni qoyduğu investisiyalarda yük altında gərginlik tənzimləmə imkanı var.

Barmekin 23 yanvar 2004-cü il tarixli 01 saylı əmrinə əsasən, əks-qəza avtomatika qurğularının kimin tərəfindən quraşdırılacağı və necə istismar ediləcəyi tənzimlənir. H.Arabulun sözlərinə görə, Barmek Azərenerji Dispetçeri tərəfindən verilən tapşırıqların, qərarların hamısını yerinə yetirir. O, Barmekin yardımçı stansiya inşa etməməsi barədə deyilən ittihamların da əsassız olduğunu söyləyib və şirkətin qurduğu əlavə stansiyaların cədvəli ilə mətbuat nümayəndələrini tanış edib.

Xəbər lenti

Xəbər lenti