...

İyulda Naxçıvan MR-də yeni elektrik stansiyası istismara veriləcək

Energetika Materials 11 Aprel 2006 13:33 (UTC +04:00)

İyulda Naxçıvan Muxtar Respublikasında yeni elektrik stansiyası istismara veriləcək. Qeyd edək ki, bu stansiyanın tikintisi Heydər Əliyev adına su anbarında həyata keçirilir. Bu barədə Trend "Azərenerji" SC-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.

Bu elektrik stansiyasının gücü 4,6 MVt, layihə dəyəri isə 5 mln 600 min AZN təşkil edir. Hazırda 3 mln 743 min AZN mənimsənilib. Layihə, o cümlədən qaz-turbin elektrik stansiyası və modul tipli stansiyanın tikintisi başa çatdıqdan sonra NMR-dəki elektrik stansiyalarının ümumi gücü 173,6 MVt-yə çatacaq. İllik enerji istehsalı 1mlrd kVt təşkil edəcək.

NMR-ə qaz tədarükünün artmasını və elektrik enerjisindən istifadənin azalmasını nəzərə alaraq istehsal olunan elektrik enerjisi respublikanın tələbatını tam ödəməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti