...

ARDNŞ 2015-ci ilədək geofizika və geologiyanın kompleks inkişaf proqramının işlənib hazırlanmasını başa çatdırıb

Energetika Materials 8 İyun 2006 12:00 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti 2015-ci ilədək geofizika və geologiyanın kompleks inkişaf proqramının işlənib hazırlanmasını başa çatdırıb və bu proqramın gerçəkləşdirilməsinə başlayıb. Bu barədə Trend ə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

Hazırda avadanlıqlar alınır və əməkdaşların ixtisasının artırılması üzrə treninqlər keçirilir. Azərbaycanın neft-qaz sektorunda geofizika və geologiyanın kompleks inkişaf proqramının gerçəkləşdirilməsinə $200-250 mln tələb olunur.

Hazırda Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən xarici şirkətlər üçün bütün geofiziki işləri xarici şirkətlər yerinə yetirir. Ancaq ARDNŞ yataqlarının kəşfiyyatını və işlənməsini özü həyata keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti