...

"AÇQ" blokunda neft hasilatı 2 dəfə artıb

Energetika Materials 7 Avqust 2006 19:25 (UTC +04:00)

2006-cı ilin yanvar-iyul aylarında "Azəri-Çıraq-Günəşli" dəniz blokunu istismar edən ABƏŞ müqavilə sahəsində 12,014 mln. ton Azeri Light nefti hasil edib ki, bu da ötən ilin müvafiq dövründən 5,975 mln. ton çoxdur. Neft hasilatının artımı onunla izah olunur ki, 2005-ci ilin fevralında "Mərkəzi Azəri"də, 2006-cı ilin yanvarında isə "Qərbi Azəri"də hasilata başlanıb.

ABƏŞ-dən Trend ə verilən məlumata əsasən, bu müddətdə "Çıraq" yatağında neft hasilatı 4,261 mln. ton neft (ötən ilin müvafiq dövründə - 4 mln. 074,7 min ton), "Azəri"də - 7,753 mln. ton neft (1 mln. 990,3 min ton) təşkil edib.

2006-cı ilin iyulunda ABƏŞ tərəfindən ümumi neft hasilatı 1,972 mln. ton neft (2005-ci ilin iyulunda 963,5 mln. ton). "Çıraq"da hasilat 557,292 min ton (582,8 min ton), "Azəri"də - 1,415 mln. ton neft (434,7 min ton) səviyyəsində olub.

Xəbər lenti

Xəbər lenti