...

Seyid Rza Kəsayizadə: Azərbaycan və İran qazın alınması ilə bağlı məsələnin müzakirəsini davam etdirəcək

Energetika Materials 28 Sentyabr 2006 10:45 (UTC +04:00)

İranın milli qaz şirkətinin rəhbəri Seyid Rza Kəsayizadə Azərbaycana qazın ixracı məsələsi ilə bağlı danışıqların davam etdiriləcəyi barədə bəyan edib. Bununla bağlı Trend in Tehrandakı xüsusi müxbiri "Fars" agentliyinə istinadən xəbər verir. Danışıqlar Azərbaycan nümayəndə heyəti ilə aparılır.

"Əgər razılaşma əldə olunarsa, saziş imzalanacaq", - deyə o bildirib. S.R.Kəsayizadə qeyd edib ki, Azərbaycan İrandan ildə 2 mlrd kub metrədək qaz ala bilər.

Azərbaycan və İran arasında çəkilmiş Baku-Astara-Bind-Biand qaz kəməri 25 atmosfer təzyiqi altında qaz qəbul edə bilir. Bundan başqa, yüksək təzyiqli qaz kəmərinin inşası da istisna olunmur. Belə ki, İran yanacağı təxminən 45 atmosfer təzyiqi ilə verilir. Yeni qaz kəmərinin inşası üzrə TİƏ artıq hazırlanıb. Qaz kəmərinin uzunluğu 211 km səviyyəsində nəzərdə tutulur, diametri isə 1200 mm-dək təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti