...

"Neft Daşları" yatağında Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinin iştirakı ilə operativ müşavirə keçirilib

Energetika Materials 16 Oktyabr 2006 17:51 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ARDNŞ prezidenti Rövnəq Abdullayevin başçılığı ilə "Neft Daşları" dəniz yatağında olub. Trend xəbər verir ki, bu barədə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib. Şirkət nümayəndələri artıq təmir olunmuş yataqxana ilə tanış olublar.

R.Abdullayev öz çıxışı zamanı qeyd edib ki, 1887 və 2387 saylı dərin sulu stasionar platformaların tikintisi yatağa ikinci həyat verib. Onun sözlərinə görə, "Neft Daşları"nda sosial istiqamətli tədbirlər davam edəcək.

2007-ci ilə qədər bütün yataqxanalar əsaslı təmir olunacaq. "Azneft" istehsalat birliyinin rəhbəri Şahin İsmayılova və "Neft Daşları" NQÇİ -nin rəisi Məmməd Ağayevə mövcud problemlərin həlli üzrə konkret göstərişlər verilib.

ARDNŞ rəhbərliyi həmçinin 2 saylı qaz-kompressor stansiyasında olub. Dövlət Neft Şirkətinin öz qaz hasilatının artırılması proqramı çərçivəsində stansiyanın işinin gücləndirilməsi üzrə tapşırıqlar verilib. ARDNŞ prezidenti həmçinin 1887 və 2387 saylı yeni platformalarla da tanış olub.

Səfər zamanı ARDNŞ, "Azneft", "Xəzərdənizneftdonanma", "Neft Daşları" və "28 may" NQÇİ-nin rəhbərləri ilə operativ müşavirə keçirilib. Burada "Neft Daşları"nda yeni quyuların qazıntısı, bu məqsədlər üçün lazımi texnika və texnoloji avadanlıqların alınması və çatdırılması, səmt qazının yığılması və onun sahilə nəqli, infrastrukturun yenilənməsi, sərnişin və yük gəmiləri ilə fasiləsiz təminat, içməli su ilə təminat, neftçilərin sosial vəziyyətinin yaxşılaşdırılması müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti