...

"Qazprom eksport" MMC yanvar-oktyabr aylarında Azərbaycana qaz tədarükünü azaldıb

Energetika Materials 2 Noyabr 2006 13:47 (UTC +04:00)

Yanvar-oktyabr aylarında "Qazprom eksport" MMC ("Qazprom" ASC-nin törəmə strukturu) Azərbaycana 3 mlrd. 645,9 mln. kub metr qaz tədarük edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Sutkada orta hesabla 12,1 mln. kub metr qaz tədarük olunub. Ötən ilin 10 ayı ərzində şirkət Azərbaycana 3 mlrd. 78 mln. kub metr qaz tədarük edib.

2006-cı ilin oktyabrında tədarükün həcmi 336,4 mln. kub metr qaz təşkil edib. Ötən ilin oktyabrında ölkəyə 293,6 mln. kub metr qaz tədarük olunub. Noyabrda sutkada 12 mln. kub metr qazın alınması nəzərdə tutulur. Dekabrda bu göstərici 13,6 mln. kub metrədək artırılacaq ki, bu da qış dövrünə keçidlə bağlıdır.

Cari ildə ARDNŞ "Qazprom eksport" MMC-dən 1 min kub metri 110 dollara 4,5 mlrd. kub metr qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka - Qazı-Məmməd boru kəməri ilə verilir. Rusiyadan Azərbaycana qaz tədarükünün bütün dövrü ərzində 2006-cı ilin noyabrından respublikaya 24 mlrd. 910,8 kub metr qaz tədarük olunub.

Xəbər lenti

Xəbər lenti