...

Azərbaycan Dövlət Neft Şirkəti "Naxçıvan" strukturunda qazma imkanlarını müşahidə edir

Energetika Materials 6 Aprel 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend S.Əliyev / Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) "Naxçıvan" strukturunda qazma imkanlarını müşahidə etməkdə davam edir. ADNŞ -dən verilən məlumata görə, hazırda qazma qurğusu məsələsi müzakirə edilir. Şirkət Heydər Əliyev adına qazma qurğusunda (keçmiş LİDER) fəaliyət göstərmək niyyətindədir, lakin onun kirayə məbləği barədə razılığa gələ bilmir.

Ola bilər ki, qazma qurğusu Xəzərin şimal hissəsində - dənizin Rusiya şelfindəki qurğuda fəaliyyət göstərsin. Bu işin LUKoil şirkətinin əmrinə əsasən aparılacağı guman edilir.

Digər iki qurğu - "Dədə Qorqud" və "İstiqlal" BP şirkətinin Xəzərin Azərbaycan sektorundakı layihəsi çərçivəsində fəaliyyətə başlayacaq.

ADNŞ qurğunun kəşfiyyat proqramını "Naxçıvan" və "Babək" strukturlarında həyata keçirəcək. Bu strukturlarda qurğunun dərinliyinin nə dərəcədə effektiv olacağı öyrənilir. "Naxçıvan" strukturunda təxmin edilən kəşfiyyat qazma qurğusunun dərinliyi 6 200 metr, "Babak" strukturunda isə 6 400 metr olmalıdır.

Həmçinin bu layihədə iştirak etmək üçün xarici şirkətləri də cəlb etmək məsələsinə baxılır. Bu eyni zamanda riskləri də bölüşməyə imkan verəcək.

ADNŞ "Naxçıvan" strukturunda bir buruq quyusuna malikdir. O, Exxon şirkəti tərəfindən qazılıb.

"Naxçıvan" strukturunda işlərin aparılması barədə müqavilə 1997-ci il avqustun 1-də imzalanıb. Layihənin iştirakçıları bunlardır: ExxonMobil - 50%, ADNŞ 50%.

Xəbər lenti

Xəbər lenti