...

“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib

Maliyyə Materials 23 Oktyabr 2020 09:45 (UTC +04:00)
“Rabitəbank” 3-cü rübdə müsbət maliyyə və əməliyyat nəticələri göstərib

Bakı. Trend:

Ölkənin aparıcı banklarından olan “Rabitəbank” ASC cari ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
 Hesabata əsasən Bank üçüncü rübdə də əsas maliyyə göstəriciləri üzrə dinamik inkişaf etməyə davam edir.

1 oktyabr 2020-ci il tarixinə Bankın aktivləri 862 milyon manatdan çox olmuşdur, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31.86% artım deməkdir. 2019-cu ilin üçüncü rübündə açıqlanmış maliyyə göstəricisi ilə müqayisədə bu il bank 28.57% artım göstərərək əməliyyat mənfəətini 13 mln. 538 min manata yüksəldib. Bankın dövr üzrə xalis mənfəəti isə 3 mln 844 min manat təşkil edir.

“Rabitəbank”ın kredit portfelin həcmi isə 394 mln manat təşkil edir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 8% artım deməkdir. Bankın depozit portfelində də müsbət nəticələrə rast gəlinir. Belə ki, fiziki şəxs, sahibkar və hüquqi şəxslərin depozit portfeli 34.74%, yəni 150 mln manat artaraq 582 mln 321 min manat təşkil edir.

Gəlir-xərc hesabatına əsasən bu dövr ərzində “Rabitəbank”ın faiz gəlirləri əvvəlki il ilə müqayisədə 9.83% artaraq 34 mln manat, qeyri-faiz gəlirləri isə 36.6% artaraq 9 mln manat təşkil etmişdir.

3-cü rübdə bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, Caspian Bisnes mərkəzində bankın paytaxtda 12-ci, ölkə üzrə 27-ci xidmət məntəqəsi olan “Kaspian” filialı müştərilərin istifadəsinə verilmişdir.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 71 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətinizdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti