...

“S&P Global Ratings” Azərbaycanın kredit reytinqlərini təsdiqləyib

Maliyyə Materials 7 Dekabr 2024 09:27 (UTC +04:00)
“S&P Global Ratings” Azərbaycanın kredit reytinqlərini təsdiqləyib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“S&P Global Ratings” Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini "BB+/B" səviyyəsində təsdiqləyib.

Trend “S&P”yə istinadən xəbər verir ki, reytinq üzrə proqnoz sabitdir.

"Sabit proqnoz bizim gözləntilərimizi əks etdirir ki, proqnozlaşdırılan neft hasilatının tədricən azalmasına baxmayaraq, Azərbaycanın əhəmiyyətli fiskal və xarici ehtiyatları ticarət şərtlərinin dəyişməsi ilə bağlı mümkün şoklara qarşı iqtisadiyyatı qorumağa kömək edəcək", - məlumatda qeyd olunur.

Агентство отмечает, что может снизить рейтинги, если фискальные балансы Азербайджана окажутся значительно слабее, чем мы ожидаем в среднесрочной перспективе.

Agentlik qeyd edir ki, əgər Azərbaycanın fiskal balansı orta müddətli perspektivdə gözləntilərdən xeyli zəif olarsa, reytinqlər azaldıla bilər.

"Bu, məsələn, neft hasilatının gözləniləndən daha sürətli azalması halında baş verə bilər. Eyni zamanda, biz reytinqləri artıra bilərik, əgər Azərbaycan davamlı büdcə və cari hesab profisiti əldə etməyə davam edərsə, həmçinin regiondakı geosiyasi risklər azaldılarsa", - “S&P” vurğulayır.

“S&P” qeyd edir ki, Azərbaycan Dövlət Neft Fondunda (SOFAZ) əhəmiyyətli likvid aktivlər yığıb.

"Azərbaycan SOFAZ aktivlərinin idarə edilməsində şəffaflığı nümayiş etdirməyə davam edir və ətraflı illik hesabatlar təqdim edir. Proqnozlarımıza əsasən, 2024-cü ilin sonuna bu aktivlər ÜDM-in təxminən 80 faizinə çatacaq, ümumi dövlət borcu isə 2027-ci ilə qədər ÜDM-in 20 faizi səviyyəsində qalacaq. 2024-cü ildə Azərbaycanın iqtisadiyyatı gözləniləndən daha güclü artım nümayiş etdirib: illik artım proqnozu əsasən qeyri-neft sektorundakı (nəqliyyat, tikinti) aktivliyə görə 4,5 faizə yenidən baxılıb. 2026-cı ilə qədər büdcə və cari hesabın ikili profisitinin qorunacağı, 2027-ci ildə isə balans səviyyəsinə keçəcəyi proqnozlaşdırılır. Dövlət borcunun 2024-cü ilin sonuna qədər ÜDM-in təxminən 13 faizi səviyyəsində aşağı olaraq qalacağı gözlənilir", - məlumatda qeyd edilir.

Agentlik vurğulayır ki, Azərbaycan manatının ABŞ dollarına bağlılığı davam edəcək və bu, pul-kredit siyasətinin sabitliyini təmin edir.

Xəbər lenti

Xəbər lenti