...

Pərviz Şahbazov "Wind Energy Hamburg" konfransında çıxış edəcək

Yaşıl iqtisadiyyat Materials 23 Sentyabr 2024 13:10 (UTC +04:00)
Pərviz Şahbazov "Wind Energy Hamburg" konfransında çıxış edəcək
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov "Wind Energy Hamburg" konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.

Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

"Bu beynəlxalq tədbir sentyabrın 24-də Almaniyanın Hamburq şəhərində Avropa dövlətlərinin nümayəndə heyəti, Wind Europe, Nordex Group, LandWind Group və digər külək enerjisi sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərlərinin iştirakı ilə keçiriləcək", - Nazirlikdən vurğulanıb.

P.Şahbazov "Enerji keçidi" panelində "İnvestisiyalar və qlobal əməkdaşlıq" mövzusunda çıxış edəcək. Onun çıxışı "Azərbaycanın yaşıl enerji ixracı strategiyası" adlanır.

Qeyd edək ki, Azərbaycan dəniz sahilində külək enerjisi potensialını 157 GW qiymətləndirir və bu, dünyada Şimal dənizindən sonra 2-ci yerdədir.

Azərbaycan elektrik enerjisinin Avropaya ixrac olunacağı dəniz külək stansiyalarının tikintisini planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti