Azərbaycan, Bakı / Trend / Azerfon BM (Ticarət markası Nar Mobile) sentyabrın 17-23-də Bakıda H.Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yunan-roma, sərbəst və qadın güləşi üzrə dünya çempionatının sponsoru qismində çıxış edir. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Dünya çempionatında 154 ölkənin idmançıları iştirak edir. Güləşçilər dünya çempionu titulu ilə yanaşı , Pekində keçiriləcək Yay Olimpya Oyunları-2008-ə lisenziya uğrunda mübarizə aparacaqlar. Çempionat sentyabrın 17-də yunan-roma güləşçilərinin çıxışı ilə başlayıb və həftə ərzində davam edəcək.
Hazırkı yarış Azerfon şirkətinin sponsorluğu ilə həyata keçirilən birinci yüksək səviyyəli idman turniri deyil.
Cari ilin iyun ayında şirkət, otüstü hokkey üzrə birinci beynəlxalq turnirə, avqustda isə, Heydər Əliyevin xatirəsinə həsr olunan birinci volibol üzrə turnirə təşkilatçılıq edib.