Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azerfon" BM (Nar Mobile ticarət nişanlı) korporativ müştərilər üçün yeni və çox sərfəli tarif planı təqdim edir.
"Korporativ müştərilər üçün nəzərdə tutulmuş tarif planları şirkətlərə mobil rabitəyə sərf etdikləri xərcləri azaltmaq imkanı yaradır" - deyə "Azerfon"dan bildiriblər.
Şirkət yeni korporativ planların istifadəçilərinə hər ay ölkə üzrə istənilən istiqamətdə zəng etmək üçün 120 pulsuz danışıq dəqiqələri hədiyyə edəcək.
Yeni korporativ tarif planında Nar Mobile şəbəkəsi daxilində 1 dəqiqə danışıq haqqı cəmi 0,05 AZN (ƏDV daxil olmaqla), Azərbaycan üzrə digər istiqamətlərdə isə 0.12 AZN (ƏDV daxil olmaqla) təşkil edir.
"Azerfon" BM Azərbaycan ərazisində GSM standartı üzrə mobil rabitə xidmətlərini göstərmək üçün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən lisenziyanı 2005-ci ilin sonunda alıb. Kommersiya fəaliyyəti ilə isə şirkət 2007-ci il martın 21-dən məşğul olmağa başlayıb. BM abonentlərinin sayı 300 mini ötür.