...

Azərbaycan avtomaşınların alınması üzrə layihəni Dünya Poçt İttifaqının təsdiqinə təqdim edib

Telekommunikasiya Materials 19 Fevral 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir S.Babayeva/ Azərbaycan ölkədaxili poçt daşımaları üçün avtomaşınların alınması üzrə layihəni Dünya Poçt İttifaqına (DPİ) təqdim edib. Bu barədə çərşənbə axşamı ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildiriblər.

"Layihə DPİ-nin yardımı ilə reallaşacaq və bu təşkilat tərəfindən təsdiq olunmalıdır" - deyə Nazirlikdən söyləyiblər.

Bu gün "Azerpocht" Dövlət Müəssisəsinin balansında təxminən 15 avtomaşın var və onlar Bakı-Gəncə-Bakı, Bakı-Qəbələ-Bakı, Bakı-Horadiz-Bakı, Gəncə-Qazax-Gəncə, Qəbələ-Balakən-Qəbələ köməkçi marşrutları üzrə poçt daşımaları üçün ölkə daxilində istifadə olunur.

Nazirlikdən bildriblər ki, "Azerpocht" BM bazasında olan avtomaşınların əksər hissəsi köhnəlib və yenilərinin alınması effektivliyi artıracaq, poçtun çatdırılma müddətini azaldacaq.

Mənbənin sözlərinə görə, ilkin olaraq beş avtomaşının alınması planlaşdırılır, lakin onların dəyərindən asılı olaraq, planlar dəyişə bilər.

Layihə bəyənilsə, onun həyata keçirilməsi üçün DPİ vəsaitləri 1999-cu ildə DPİ tərəfindən yaradılan poçt xidməti keyfiyyətinin yüksəldilməsi üzrə xüsusi Fondun hesabından daxil olacaq.

Layihənin dəyəri 180 min dollar həcmində qiymətləndirilr. Bu vəsaitin 50 min dolları Koreya Poçt Administrasiyası qrant maliyyə yardımının, məbləğin digər hissəsi isə, Fondun və RİTN payına düşəcək.

RİTN - də maşınların 2008-ci ilin birinci rübündə alınacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti