...

Azərbaycan və Türkmənistan TAA Xəzər seqmentinin çəkilməsi üzrə razılıq əldə ediblər

Telekommunikasiya Materials 30 İyul 2009 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir H.Vəliyev /

Azərbaycan və Türkmənistan arasında Trans-Asiya-Avropa optik lifli kabel magistralının Xəzər seqmentinin çəkilməsi üzrə razılıq əldə olunub. Bu barədə cümə axşamı Trend -a Rabitə və İnformasiya Texnologiya Nazirliyindən (RİTN) məlumat verilib.

RİTN-dən qeyd olunduğu kimi, hazırda hər iki ölkənin müvafiq orqanlarına göstəriş verilib və layihə hökumətlərarası komissiyanın protokoluna salınıb. Layihənin realizəsi üzrə ikitərəfli danışıqlar Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana son səfərindən sonra fəallaşıb və hazrda prezidentlər səviyyəsində bu məsələ üzrə müəyyən razılıq var.

Türkmənistan tərəfi Xəzərin statusu məsələsi həll edilmədiyindən bu layihəyə hələ ki, ehtiyatla yanaşır.

Türkmənistanla paralel olaraq Qazaxıstan tərəfi ilə də danışıqlar aparılır. RİTN-in Beynəlxalq Əlaqələr və Hesablamalar Mərkəzi ilə Qazaxıstanın KazTransCom şirkəti arasında olan protokola əsasən layihə birgə maliyyələşdiriləcək.

Azərbaycanla Türkmənistan arasında TAA Xəzər seqment magistralının çəkilməsi bu gün çox əlverişlidir, çünki bu, marşrutu qısaltmağa, trafik mübadiləsinin həcmini artırmağa şərait yaradır, Qırğızstan və Çinə birbaşa çıxış imkanı verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti