...

Azərbaycanda insan sifətinin biometrik tanınma sistemi təqdim olunacaq

Telekommunikasiya Materials 16 Dekabr 2010 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın "ITComputing" şirkəti Azərbaycan bazarında Türkiyənin "Perkon" şirkətinin insan sifətinin biometrik tanınması sistemini təqdim edəcək. Bu barədə Trend-ə "ITComputing" şirkətinin baş direktoru Mirağa Nağıyev bildirib.

Nağıyevin sözlərinə görə, identifikasiya terminalı insan sifətinin nadir cizgilərinin tanınmasına əsaslanır və binaya və ya mənzilə girişə nəzarət etməyə, eləcə də iş vaxtının uçotunu aparmağa, gələnlərin sayını müəyyən etməyə imkan verir.

Sistem insan sifətinin strukturunun analizi əsasında onun tanınması tapşırığını həll edir. Sistemin qurulması zamanı üz cizgiləri məlumat bazasında qeydə alınır və sifətin təsviri ilə bağlı rəqəmli şablon yaradılır. Sonrakı istifadə zamanı sistem üz təsvirinin istifadəçinin bazada saxlanan üz təsviri ilə uyğun gəlib-gəlmədiyini yoxlayır.

Bu gün "ITComputing" şirkəti tərəfindən "FingerPrint" identifikasiya texnologiyalarının satışı həyata keçirilir. Həmin texnologiyalar bu gün "World Medicine" əczaçılıq şirkətində və GRBS beynəlxalq tədris mərkəzində quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti