...

Biləsuvar və Cəlilabad şəhərlərində Azercell Ekspres ofisi açıldı

Telekommunikasiya Materials 9 Mart 2012 17:41 (UTC +04:00)
"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır.
Biləsuvar və Cəlilabad şəhərlərində Azercell Ekspres ofisi açıldı

Azərbaycan, Bakı, 9 mart /Trend/

"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır.

MMC-dən cümə günü Trend-ə verilən məlumata görə, şirkətin bu günlərdə daha 2 rayonda AzEx ofisi fəaliyyətə başlayıb. Belə ki, şirkət martın 9-da Biləsuvar və Cəlilabad şəhərlərində yeni AzEx ofisini abonentlərin istifadəsinə verib. Bununla da şirkət bölgədəki AzEx ofislərinin sayını 24-yə çatdırıb.

Qeyd edək ki, Biləsuvar və Cəlilabadda fəaliyyətə başlayan AzEx ofisi də "bir nöqtədə üç xidmət" ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Azercell şirkəti tək Azərbaycanda deyil, bütün regionda "bir nöqtədə üç xidmət" konsepsiyasını təqdim edən ilk şirkətdir. Xatırladaq ki, Azercell-in Bakıda 16, rayonlarda isə 24 Ekspres Ofisi fəaliyyət göstərir.

Şirkət bu ilin sonuna qədər Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti