...

Azərbaycan kibercinayətkarlıq və multimedia-kontentin təhlili məsələlərinin müzakirəsində iştirak edib

Telekommunikasiya Materials 3 Aprel 2012 15:34 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kibercinayətkarlıq və multimedia-kontentin təhlili məsələlərinin müzakirəsində iştirak edib.
Azərbaycan kibercinayətkarlıq və multimedia-kontentin təhlili məsələlərinin müzakirəsində iştirak edib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kibercinayətkarlıq və multimedia-kontentin təhlili məsələlərinin müzakirəsində iştirak edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Regional Rabitə Birliyinin (RRƏ) yaydığı məlumatda deyilir.

Məsələ aprelin 2-də Daşkənddə RRB ölkələri üçün "Standartlaşdırmada uyğunsuzluğun aradan qaldırılması" mövzusunda keçirilən "ITU 2012" regional forumu çərçivəsində müzakirə edilib.

Forum Beynəlxalq Telekommunikasiya Birliyinin (ITU - International Telecommunication Union) standartların hazırlanması və reallaşdırılması sahəsində apardığı işdə RRB-nin üzv ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsi və iştirakının genişləndirilməsi üzrə yol və vasitələrinin aşkar edilməsinə həsr olunub.

Forum üç sessiyadan ibarət olub: "RRB ölkələrində inkişafla bağlı məsələlər", "RRB ölkələrində İKT sahəsində standartlaşmada uyğunsuzluq" və "Standartların hazırlanması ilə bağlı ITU-nun fəaliyyət növlərinin icmalı və bu fəaliyyətdə iştirak imkanları".

Forumun hər bir sessiyasında kibercinayətkarlıq, RRB ölkələrində standartlaşdırmada uyğunsuzluğun aradan qaldırılması, miltimedia-kontentin profilləməsi və monitorinqi, kənd yerləri və ucqar rayonlar üçün resursqoruyucu və sabit mobil rabitə şəbəkəsi, genişzolaqlı çıxışın universallaşdırılması və s. aktual mövzular nəzərdən keçirilib.

Forumun işinin nəticələrinin RRB-nin "ITU 2012" Elektrik rabitəsinin standartlaşdırılması üzrə Dünya Assambleyasına ümumi təkliflərinin hazırlanmasına kömək edəcəyi gözlənilir.

Forum çərçivəsində Moskvada MDB ölkələri üçün ITU-nun zona şöbəsinin fəaliyyəti, inkişaf edən ölkələrə kömək üçün ITU-T proqramları, ITU-nun standartlaşdırma sektorunun araşdırma komissiyalarının fəaliyyətinin icmalı haqqında məlumat təqdim edilib, ITU-nun elektrik rabitəsinin standartlaşdırılması üzrə məsləhətçi qrupunun rolu müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti