...

Azərbaycanda kompüterlərin virusa yoluxma sayı artıb

Telekommunikasiya Materials 13 Aprel 2012 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda fevral ayı ilə müqayisədə martda kompüterlərin virusa yoluxma sayı 3,22 faiz atrıb. Trend-in məlumatına görə, bu barədə "Kasperski laboratoriyası" şirkətinin saytında dərc edilən virus aktivliyi icmalında deyilir.

Son ay ərzində ölkədə istifadəçilərin 46,3 faizi internet vasitəsilə virusa yoluxma riski ilə üzləşib.

İcmala əsasən, Azərbaycan internet vasitəsilə virusa yoluxma riski üzrə 10 ölkə arasında beşinci yeri tutur.

Dünyanın müxtəlif ölkələrində istifadəçilərin kompüterlərinin internet vasitəsilə məruz qaldığı virusa yoluxma riskinin dərəcəsini qiymətləndirmək üçün şirkət bir ay ərzində hər bir ölkədə istifadəçinin veb-antivirusunun neçə dəfə işə düşdüyünü hesablayıb.

İlk TOP 10-a 55-39,4 faizlə daxil olan ölkələr Rusiya, Ermənistan, Qazaxıstan, Belarus, Azərbaycan, Ukrayna, Sudan, Özbəkistan, Kot-d'İvuar və Banqladeşdir.

Göstərilən dövrdə AzNET şəbəkəsindəki viruslar üçlüyünə Trojan.Script.Generic, Trojan.Script.Iframer və Trojan.Downloader.JS.Iframe.cvd daxil olub.

Xəbər lenti

Xəbər lenti