...

"Connect" şirkəti daha bir Müştəri Xidmətini açır

Telekommunikasiya Materials 28 Avqust 2012 12:26 (UTC +04:00)
Ölkənin ən qabaqcıl efir-kabel TV və genişzolaqlı internet xidmətləri provayderi olan "Connect" şirkəti 2012-ci ildə də abunəçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı şəhərində 8, Sumqayıt şəhərində isə 1 yeni xidmət filiallarını açıb.
"Connect" şirkəti daha bir Müştəri Xidmətini açır

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Ölkənin ən qabaqcıl efir-kabel TV və genişzolaqlı internet xidmətləri provayderi olan "Connect" şirkəti 2012-ci ildə də abunəçilərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Bakı şəhərində 8, Sumqayıt şəhərində isə 1 yeni xidmət filiallarını açıb.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, görülən işlərin davamı olaraq sentyabr ayında "Əhmədli" metrostansiyasının yaxınlığında "Connect" şirkətinin növbəti Müştəri Xidməti açılacaq.

Yeni açılmış Müştəri Xidməti xüsusi korporativ dizaynı ilə seçilən xarici görünüşə və interyerə malikdir. Burada abunəçilərin istək və arzularını bildirmələri, rahat şəkildə öz növbələrini gözləmələri və "Connect" efir-kabel televiziyasının yayımladığı bütün telekanalları izləmələri üçün hər cür şərait yaradılıb.

"Əhmədli" Müştəri Xidməti "Connect" şirkətinin göstərdiyi xidmətlərin bütün spektri üzrə fəaliyyət göstərəcək. Yeni Müştəri Xidmətinə müraciət edərək, vətəndaşlar "Connect"in bütün xidmətləri barədə geniş məlumat ala və bu xidmətlərdən istifadəyə qoşulma üçün sifariş verə bilərlər. Eyni zamanda, "Connect" abunəçiləri yeni açılan Müştəri Xidmətində aylıq ödənişləri həyata keçirməklə yanaşı, şirkətin xidmətləri ilə bağlı yarana biləcək bütün problemlərin həlli üçün müraciət edə bilərlər. Həmçinin, "Connect" efir-kabel televiziya yayımına və ADSL və fiber-optik internet xidmətlərinə qoşulma, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı yeni Müştəri Xidmətinə müraciət etmək olar.

"Connect" efir-kabel televiziyası və genişzolaqlı internet xidmətlərinə qoşulmaq arzusunda olan vətəndaşları və abunəçilərimizi yeni açılacaq "Əhmədli" Müştəri Xidmətində gözləyirik.

Ünvan: Xətai rayonu, Sarayeva küçəsi, 13 A ("Əhmədli" metrostansiyası, "Bakı" kinoteatrının yanı)

Yeni texnologiyalarımız, müasir avadanlıqlarımız, peşəkar mütəxəssislərimiz və abunəçilərimizə 365 gün 24 saat ərzində təqdim etdiyimiz dəstəklə xidmətinizdəyik!

Məlumat Mərkəzi 159; (+994 12) 5390159, (+994 12) 5664238; Fax: (+ 994 12) 5663967
E-mail: [email protected]; www.connect.az; www.facebook.com/CONNECT.LTD

Xəbər lenti

Xəbər lenti