...

SAZZ "BakuTel" sərgisinə yeniliklərlə gedir

Telekommunikasiya Materials 5 Noyabr 2012 16:22 (UTC +04:00)
Noyabrın 6-dan 9-dək Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan 18-ci Beynəlxalq "BakuTel-2012" sərgisi öz işinə başlayır.
SAZZ "BakuTel" sərgisinə yeniliklərlə gedir

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Noyabrın 6-dan 9-dək Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan 18-ci Beynəlxalq "BakuTel-2012" sərgisi öz işinə başlayır. "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək builki sərgidə yerli şirkət və təşkilatlardan əlavə dünyanın 30 ölkəsindən 200 şirkət öz pavilyonları ilə çıxış edəcəklər. Ənənəvi olaraq sərgidə yerli mobil operatorlar, rabitə, texnologiya və xidmət şirkətləri ən son yeniliklərini və xüsusi təkliflərini nümayiş etdirəcəklər.

"Sazz 4G İnternet" şirkəti bu il də "BakuTel" sərgisinin iştirakçıları arasındadır. Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz internet xidməti olan "SAZZ İnternet" sərgidə yeni məhsullarını nümayiş etdirəcək, eləcə də bütün Sazz modemlərini xüsusi endirimlərlə "BakuTel" ziyarətçilərinə təklif edəcək. Sərgi ziyarətçiləri arasında "Sazz 4G İnternet" abunəçisi olmaq istəyən bütün şəxslər sərginin davam edəcəyi dörd gün ərzində sərfəli qiymət və şərtlərlə təklif olunacaq paketlər haqqında geniş məlumat almaq, Sazz modemlərini sınaqdan keçirmək imkanına malik olacaqlar.

Bundan başqa, sərgidə "Sazz 4G İnternet" şirkətinin Azərbaycana yeni gətirdiyi Wimaxion portativ simsiz mobil modemi nümayiş olunacaq, ziyarətçilərə Wimaxion haqqında geniş məlumat veriləcək.

2011-ci ildəki "BakuTel" sərgisindən ötən vaxt ərzində "Sazz 4G İnternet" şirkəti əhatə dairəsini genişləndirmə işlərini mütəmadi olaraq davam etdirib və builki "BakuTel" ərəfəsində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə genişzolaqlı internet xidməti göstəməyə başlayıb. Artıq noyabrın 5-dən etibarən Gəncənin internet istifadəçiləri simsiz limitsiz internetin verdiyi imkandan faydalanmağa başlayıblar. Son bir neçə ay ərzində "Sazz 4G İnternet" şirkəti Bakı şəhərində əhatə dairəsini genişləndirib və mövcud əhatə dairəsinin gücünü əhəmiyyətli dərəcədə artırıb.

Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz internet xidməti olan "SAZZ 4G İnternet" 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub. SAZZ istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir. Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərini, habelə Abşeron yarımadasında yerləşən qəsəbələrin böyük qismini əhatə edən "SAZZ İnternet" 8-10 ay ərzində Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti