...

"SAZZ İnternet" Gəncədə fəaliyyətə başlayıb

Telekommunikasiya Materials 5 Noyabr 2012 17:36 (UTC +04:00)
SAZZ genişzolaqlı simsiz limitsiz internet xidməti Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə fəaliyyətə başlayıb.
"SAZZ İnternet" Gəncədə fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

SAZZ genişzolaqlı simsiz limitsiz internet xidməti Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə fəaliyyətə başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, Artıq "SAZZ 4G İnternet"in iki satış nöqtəsi "Sazz İnternet" abunəçisi olmaq istəyən gəncəlilərin xidmətindədir. Yeni Gəncə, Ə.Mehmandarov küçəsi və Cavadxan küçəsi, 71 ünvanında yerləşən yeni satış nöqtələrində abunəçilərə xüsusi təlim keçmiş operatorlar və texniki dəstək heyəti xidmət göstərəcək.

"Sazz 4G İnternet" şirkət növbəti 8-10 ay ərzində Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran, Masallı və digər iri regional mərkəzlərdə fəaliyyətə başlamağı planlaşdırır. Azərbaycanda Mobile WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz internet xidməti olan "SAZZ 4G İnternet" istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti