...

Azərbaycanda elektron rəqəmli imzaların alınmasına çıxış genişlənir

Telekommunikasiya Materials 10 Dekabr 2012 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir H.Vəliyev/

Elektron rəqəmli imzaların (ERİ) verilməsinin mobil platforması 2013-cü ilin yanvarında istismara veriləcək. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən bildirilib.

"Hazırda proqramın hazırlaması üzrə işlər yekun mərhələdədir, sonra mobil proqram sınaqdan keçiriləcək", - Mərkəzdən bildiriblər.

Həmçinin, mobil platformalar vasitəsilə rəqəmli imzanın alınması prosedurlarının sadələşdirilməsi üçün hər cür variantlara baxılır. İstifadəsi gələn ilin başlanğıcında mümkün olacaq proqram bütün mobil əməliyyat sistemlərinin (iOS, Android, Windows Mobile və başqaları) idarəçiliyi altında işləyəcək.

Hazırda GSM şəbəkələrdə ERİ-nin tətbiqi üçün xüsusi kriptoqrafiya imkanlarına malik SIM-kartlardan istifadə imkanlarına baxılır. Bu məsələdə SIM-kartlarda proqramın qurulmasının hansı struktur tərəfindən (sertifikatlı mərkəz və ya operator) həyata keçiriləcəyi əsasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti