...

"Sazz 4G" fəxri fərmana layiq görülüb

Telekommunikasiya Materials 16 Yanvar 2013 15:38 (UTC +04:00)
Azərbaycanın internet məkanında "Sazz 4G" adı altında fəaliyyət göstərən "AzQtel" MMC Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub.
"Sazz 4G" fəxri fərmana layiq görülüb

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanın internet məkanında "Sazz 4G" adı altında fəaliyyət göstərən "AzQtel" MMC Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub. Nazir Əli Abbasovun imzasını daşıyan fərman "Sazz 4G İnternet" provayderinə regionlarda genişzolaqlı simsiz Internetin tətbiq olunmasına görə verilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, simsiz çoxkanallı qoşulma texnologiyası əsasında (WiMAX) qurulmuş "Sazz 4G" provayderi 2010-cu ilin sonunda Bakı və paytaxtın ətrafında yerləşən Abşeron qəsəbələrində fəaliyyət göstərməyə başlayıb. Hazırda "Sazz 4G"-nin internet şəbəkəsinin əhatə dairəsinə Bakı və Abşeron yarımadasının əksər qəsəbələrindən başqa, Xırdalan, Sumqayıt, Mingəçevir və Gəncə şəhərləri də daxil edilib. Yaxın aylar ərzində "Sazz 4G" provayderinin əhatə dairəsinə bir sıra regional mərkəzlərin, o cümlədən, Zaqatala, Quba, Qusar, Şəki, Lənkəran və digər şəhərlərin də daxil olunması planlaşdırılıb.

Şirkətin əməliyyat üzrə meneceri Sammy Boaçinin verdiyi məlumata görə, WiMAX avadanlıqlarının istehsalçısı olan ZTE koprorasiyası ilə bağlanmış müqavilə əsasında ölkəyə gətirilən qurğular "Sazz 4G İnternet"in əhatə dairəsini genişləndirməklə yanaşı, mövcud şəbəkəni əhəmiyyətli dərəcədə gücləndirmək üçün nəzərdə tutulub.

"Sazz 4G" saniyədə 10 meqabitə qədər internetə qoşulmaq imkanını trafik həcminə heç bir məhdudiyyət qoymadan, tamamilə limitsiz təklif edir. Belə ki, abunəçinin qoşulma sürəti istifadə olunmuş trafikin həcmindən asılı olmayaraq dəyişməz qalır. "Sazz 4G" xidmətinin keyfiyyətini yoxlamaq üçün bütün yeni müştərilərə beş günlük pulsuz sınaq müddəti təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti