...

Azərbaycan "Caspian Telecoms-2013" beynəlxalq konfransında iştirak edib

Telekommunikasiya Materials 20 Aprel 2013 15:15 (UTC +04:00)
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki nailiyyətləri Xəzər və Qara dəniz regionları və MDB ölkələri üçün telekommunikasiyalar və informasiya texnologiyaları üzrə XII Beynəlxalq konfransda təqdim olunub.
Azərbaycan "Caspian Telecoms-2013" beynəlxalq konfransında iştirak edib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsindəki nailiyyətləri Xəzər və Qara dəniz regionları və MDB ölkələri üçün telekommunikasiyalar və informasiya texnologiyaları üzrə XII beynəlxalq konfransda təqdim olunub. Trend-in məlumatına görə, bu barədə şənbə günü konfransın təşkilatçılarından olan "ITE Group PLC" şirkəti xəbər yayıb.

"Caspian Telecoms-2013" telekommunikasiya konfransı aprelin 18-19-da İstanbulda keçirilib.

Konfransın təşkilatçıları kimi "International Exhibitions Inc." (Türkiyə), "ITE Moscow LLC" (Rusiya) və "ITE Group PLC" (Böyük Britaniya) beynəlxalq şirkətləri çıxış edib.

"Caspian Telecoms-2013" konfransının işində Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, Moldova, Monqolustan, Qırğızıstan və b. ölkələrdən olan nümayəndələr iştirak ediblər.

Azərbaycan, ənənəvi olaraq tədbirin işində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və bir sıra telekommunikasiya şirkətləri səviyyəsində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti