...

Azərbaycanın İT şirkəti startup-layihələrə investisiya yatırmağa hazırdır

Telekommunikasiya Materials 30 Aprel 2013 14:38 (UTC +04:00)
Gomap.az komandası Azərbaycan proqramçılarını Azərbaycanın və Gürcüstanın eyniadlı elektron xəritəsi əsasında internet-həllər hazırlamağa çağırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı SINAM şirkətinin yaydığı məlumatda deyilir.
Azərbaycanın İT şirkəti startup-layihələrə investisiya yatırmağa hazırdır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir H. Vəliyev/

Gomap.az komandası Azərbaycan proqramçılarını Azərbaycanın və Gürcüstanın eyniadlı elektron xəritəsi əsasında internet-həllər hazırlamağa çağırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı SINAM şirkətinin yaydığı məlumatda deyilir.

Ən perspektivli həllər Gomap.az tərəfindən maliyyələşdirilə bilər. Müxtəlif həllərə nəzər yetirilir - internet-xidmətlər, veb-proqramlar, mobil proqramlar və s.

Proqramçıların Gomap.az bazasında həllərin yaradılmasına cəlb olunmasının məqsədi "İKT ili"ndə Azərbaycanın yüksək texnoloji sektorunun dəstəklənməsi və uğurlu biznes modelin tətbiqi ilə eyniadlı elektron xəritə ətrafında effektiv ekosistemin formalaşdırılmasından ibarətdir.

İnvestisiyalar həm həllin və ya proqramın hazırda mövcud olan versiyasının təkmilləşdirilməsinə və ya inkişafına, həm də hər hansı bir ideyanın tam sıfırdan başlayaraq reallaşdırılmasına istiqamətlənir.

Bütün ideyalara hazırda ölkədə həyata keçirilən "Startup Azerbaijan" müsabiqəsi çərçivəsində baxılacaq. Qeyd etmək lazımdır ki, həmin müsabiqə çərçivəsində Gomap.az səhmdar statusunda çıxış edir.

"Ümumdünya İKT sektorunun ən əsas istiqamətlərdən biri mobillik şəraitində istifadəçilərin mühüm köməkçi aləti rolunu oynamağa başlamış geoinformasiya sistemlərinin yaradılmasıdır. Azərbaycan sözügedən istiqamətdə ilkin addımlarını atmaqdadır və Gomap.az elektron xəritəsi son illərin ən uğurlu layihəsidir. Gomap.az heyəti öz səylərini ölkənin perspektivli proqramçıları ilə birləşdirməyə və Azərbaycanın İKT sahəsinin məhz bu seqmentinin inkişafı məqsədilə əlaqədar həllərə sərmayə qoymağa hazırdır", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti