...

"AzQtel" rəhbəri Sinqapurda keçirilən "Asiya-2013" konfransında "Sazz 4G İnternet"i təmsil edir

Telekommunikasiya Materials 19 Sentyabr 2013 17:34 (UTC +04:00)
Sentyabrn 17-dən öz işinə başlayan Asiya regiounun ən böyük 4G konfransına Asiya və Sakit okean bölgəsinin öndə gələn 80-dən çox aparıcı İKT şirkətindən minə yaxın nümayəndə qatılıb. Yerli mətbuat Sinqapurun Santek səmtində keçirilən konfransın ilk gününün xüsusi təntənə və rekord iştirakçı sayı ilə açılmasından yazıblar.
"AzQtel" rəhbəri Sinqapurda keçirilən "Asiya-2013" konfransında "Sazz 4G İnternet"i təmsil edir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

"AzQtel" rəhbəri Sinqapurda keçirilən "Asiya-2013" konfransında "Sazz 4G İnternet"i təmsil edir.

Sentyabrn 17-dən öz işinə başlayan Asiya regiounun ən böyük 4G konfransına Asiya və Sakit okean bölgəsinin öndə gələn 80-dən çox aparıcı İKT şirkətindən minə yaxın nümayəndə qatılıb. Yerli mətbuat Sinqapurun Santek səmtində keçirilən konfransın ilk gününün xüsusi təntənə və rekord iştirakçı sayı ilə açılmasından yazıblar.

Bu mötəbər konfransa regionun China Unicom, NTT DoCoMo, Singtel və SK Telecom kimi nəhəng şirkətlərinin təmsilçiləri də qatılıb. Singapur konfransına dəvət olunanlar arasında "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə də ilk gün keçirilən "dəyirmi masa"da məruzə ilə çıxış edib.

Stanford Universitetinin professoru və Deloitte Konsalting-in direktoru Frank Berhadın sədrlik etdiyi "dəyirmi masa"da Singapurun "StarHub" şirkətinin təmsilçisi Mock Pak Lum, Yaponiyanın "UQ Communication and KDDI" şirkətinin rəsmisi Fumio Vatanabe, İndoneziyanın "PT Bakrie Telekom" şirkətinin texniki əməliyyat rəhbəri Thatha Rao da çıxış ediblər.

C.Mollazadənin Azərbaycanın nailiyyətlərindən bəhs edən çıxışı asiyalı iş adamlarının və mütəxəssislərin diqqətini cəlb edib. O, dünyada neft resursları ilə zəngin bir ölkə kimi tanınan Azərbaycanda uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərindən bərpa və dinamik inkişaf dövrü başlandığını qeyd edib. O bildirib ki, Prezident İlham Əliyevin davamlı inkişaf məntiqinə əsaslanan siyasəti nəticəsində Azərbaycan iqtisadi artım gücünə görə regionun lider dövlətinə çevrilib.

C.Mollazadə həmçinin qeyd edib ki, keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə bilib. Bu strategiya nəticəsində ölkədə tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları sektorları inkişaf edib.

Natiq öz çıxışını ölkədə qeyri-neft sektorunda prioritet sahə elan olunduqdan sonra İKT-nin inkişafı ilə bağlı faktlarla davam etdirib. O, ölkə başçısının qəbul etdiyi qərarlar sayəsində dövlət idarəçiliyi sistemində İKT-nin tətbiqindən danışıb. 2004-cü ildən etibarən yüksək sürətlə inkişaf etməyə başlayan internet sektorunda hazırda fiber-optik və simsiz genişzolaqlı internet xidmətlərinin geniş yayılmasına diqqət yetirilidiyini bildirən C.Mollazadə ölkədə internet xidmətlərinin regionlara, xüsusilə də kommersiya baxımından cəlbedici xarakter daşımayan bölgələrə yayılması məqsədilə Azərbaycan hökumətinin böyük vəsaitlər ayırmaq qərarını yüksək qiymətləndirib.

C.Mollazadə öz çıxışını yaxın illər ərzində ölkəmizdə internet protokolu üzərindən məlumat, xidmət və məhsulların ötürülməsi prosesinin təhsil, tibb və digər sahələrdə geniş yayılacağını vurğulayaraq tamamlayıb.

Sinqapur konfransında regionun aparıcı dövlətlərinin və 65 İKT şirkətinin təcrübələri dinlənilərək gələcək strategiya müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti