...

"Sazz İnternet" Zaqatala şəhərində fəaliyyət göstəməyə başladı

Telekommunikasiya Materials 26 Oktyabr 2013 12:35 (UTC +04:00)
"Sazz 4G" simsiz internet provayderi öz əhatə dairəsini genişləndirməyə davam edir.
"Sazz İnternet" Zaqatala şəhərində fəaliyyət göstəməyə başladı

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

"Sazz 4G" simsiz internet provayderi öz əhatə dairəsini genişləndirməyə davam edir.

Artıq "Sazz 4G" xidmətlərindən Zaqatala şəhərində də faydalanmaq mümkün olacaq. İndi şəhər sakinləri "Sazz 4G" xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa internetə qoşula biləcəklər.

"Sazz 4G" müştəri xidmətləri və satış mərkəzi şəhərin mərkəzi hissəsində - Heydər Əliyev prospekti, 16 ünvanında yerləşir. Abunəçi cəmi bir neçə dəqiqə ərzində müqaviləsini rəsmiləşdirərək "Sazz Internet" şəbəkəsinə qoşula biləcək. Ənənəvi olaraq hər yeni abunəçiyə 5 gün ərzində 200 meqabayt həcmində trafiklə "Sazz" şəbəkəsini sınaqdan keçirmək imkanı verilir. Həmin müddət ərzində xidmətdən narazı qalan abunəçilər ödənilmiş məbləği geriyə ala bilər.

"Sazz 4G Internet"in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yaxın günlərdə provayderin əhatə dairəsinə Qax şəhəri, yaxın aylar ərzində isə Şəki, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Lerik və Astara şəhərləri əlavə ediləcək.

Qeyd edək ki, "rouminq" xüsusiyyətinə malik olan "Standart" tarifi ilə internetə qoşulan abunəçilər "Sazz 4G Internet"in əhatə dairəsinin istənilən nöqtəsində, o cümlədən yuxarıda sadalanmış şəhərlərdə də heç bir əlavə xərc çəkmədən xidmətdən faydalana biləcəklər.

Hazırda "Sazz 4G Internet"in əhatə dairəsinə Bakı, Xırdalan, Abşeron yarımadasının əksər qəsəbələri, o cümlədən Novxanı, Mehdiabad, Zabrat, Maştağa, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Pirşağı, Şüvəlan, Şimal DRES, Dübəndi, Qala, Binə, Suraxanı, Yeni Suraxanı, Hövsan, Masazır, Lökbatan, Şağan, Zığ, Pirallahı adası, həmçinin Sumqayıt, Mingəçevir, Gəncə və Balakən şəhərləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti