...

"Sazz 4G İnternet" Qusarda fəaliyyətə başladı

Telekommunikasiya Materials 25 Noyabr 2013 16:50 (UTC +04:00)
"Sazz 4G" simsiz internet provayderi öz əhatə dairəsinə Qusar şəhərini də daxil edib.
"Sazz 4G İnternet" Qusarda fəaliyyətə başladı

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

"Sazz 4G" simsiz internet provayderi öz əhatə dairəsinə Qusar şəhərini də daxil edib.

Artıq Qusar sakinləri saniyədə 10 meqabitə qədər sürətli simsiz internetə qoşula biləcəklər. Qusar şəhərindəki "Sazz 4G" müştəri xidmətləri və satış mərkəzi Nurəddin Şərifov küçəsi, 1A ünvanında, "Qusar Petrol" yanacaqdoldurma stansiyasının yaxınlığında yerləşir.

Qeyd edək ki, son iki ay ərzində "Sazz 4G internet" provayderi Zaqatala, Balakən və Qax şəhər sakinlərini də genişzolaqlı simsiz internetlə təmin edib.

Məlum olduğu kumu, "Sazz 4G İnternet"in "Standart" tarif paketi abunəçilərə eyni modemlə əhatə dairəsinin istənilən nöqtəsində internetə qoşulmaq imkanı yaradır.

"Sazz 4G" internet xidmətinin əhatə dairəsinə Bakı və Abşeron, Gəncə, Mingəçevir, Balakən, Zaqatala, Qax, Qusar, Xırdalan və Sumqayıt şəhərləri daxildir. Yaxın günlərdə Xaçmaz və Quba şəhərlərinin də "Sazz" simsiz internetin əhatə dairəsinə daxil ediləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti