Azərbaycan, Bakı, 27 may /Trend/
Azərbaycanda 4G texnologiyası əsasında fəaliyyət göstərən simsiz genişzolaqlı internet provayderi "Sazz İnternet" 28 May - Respublika Günü münasibətilə xüsusi hədiyyə kampaniyası keçirəcək.
Şirkətdən Trend-ə verilən məlumata görə, mayın 28-i və 29-da "Sazz İnternetə" yeni abunə olanlara Sazz USB Flash modemi hədiyyə ediləcək.
Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalamaq və iki aylıq abunə haqqını (50 manat) əvvəlcədən ödəmək kifayətdir. Hədiyyə kampaniyası şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də digər "Sazz 4G" satış nöqtələrində keçərli olacaq.
Xatırladaq ki, "Sazz İnternet" ənənəvi olaraq hər bir yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.
"Sazz İnternet" Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Balakən, Qax, Şəki. Quba, Qusar və Xaçmaq şəhərlərində, həmçinin Abşerona yarımadasının əksər sahilyanı qəsəbələrində xidmət göstərir. "Sazz İnternet" Lənkəran, Astara, Masallı və Lerik şəhərlərində də fəaliyyətə başlamağı planlaşdırır.