...

“AzQtel”/Sazz 4G Internet şirkətinin prezidenti Ceyhun Mollazadə 10-cu GTI toplantısında iştirak edir

Telekommunikasiya Materials 10 İyun 2014 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Öz işinə Şanxayda başlayan GTI təşkilatının (Global TD-LTE Initiative) 10-cu toplantısına ənənəvi olaraq təşkilata üzv şirkətlərin liderləri toplaşıb.

Toplantıda Microsoft, Vodafone, Huawey, Sprint, Coolpad, Ericsson, Nokia, Datang, UK Broadband, Qualcomm, Samsung, ZTE kimi qlobal telekommunikasiya şirkətlərin rəhbərləri 4G texnologiyalarının ən son xidmətlərini, rabitə kanallarının işini, yeni biznes modellərini və inkişaf startegiyalarını müzakirə ediblər.

Seminara xüsusi dəvət alan "Sazz 4G" internet provayderi "AzQtel" şirkətinin prezidenti Ceyhun Mollazadə GTI sessiyalarında iştirak edərək Azərbaycanda həyata keçirilən qlobal telekommunikasiya layihələri haqqında məlumatları iştirakçılara təqdim edib, təcrübə mübadiləsi aparıb.

SAZZ brendi altında Azərbaycanda ilk dəfə simsiz genişzolaqlı internet xidmətlərini tətbiq etmiş "AzQtel" şirkəti 2013-cü ildən etibarən GTI üzvlüyünə qəbul olunub. Şirkətin prezidenti C.Mollazadə ənənəvi olaraq GTI-ın illik toplantılarında iştirak edir, məruzələrlə çıxış edir.

"Sazz İnternet" mütamadi olaraq beynəlxalq İKT konfrans və sərgilərində yeni məhsul və xidmətlərini nümayiş etdirir. Bu həftə şirkətin əməliyyatlar üzrə meneceri Semmi Boaçi Fransada keçirilən digər mötəbər beynəlxalq İKT konfransında "Sazz İnternet"i təmsil edir. Fransanın texnoloji parkı hesab edilən Sofiya Antipolis şəhərciyində keçirilən "3GPP Global Initiative" konfransında beynəlxaq səviyyəli telekommunikasiya şirkətləri internet şəbəkələrinin son yeniliklərini nümayiş etdirərək, təcrübə mübadiləsi aparacaqlar.

Konfrans iyunun 18-ə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti