...

Maliyyə Nazirliyinin FARABI layihəsinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaq

Telekommunikasiya Materials 8 İyul 2014 13:00 (UTC +04:00)
“Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları”avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaqdır.
Maliyyə Nazirliyinin FARABI layihəsinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaq

Azərbaycan, Bakı, 8 iyul /Trend/

"Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları"avtomatlaşdırılmış informasiya sisteminin (FARABI) tətbiqinin II mərhələsi 2015-ci ilin mayında başa çatacaqdır. Maliyyə Nazirliyi tərəfindən tərəfindən həyata keçirilən layihə Dünya Bankı tərəfindən dəstəklənir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "SİNAM" şirkəti xəbər yayıb.

Büdcə təşkilatlarında və büdcədən maliyyələşdirilən təşkilatlarda maliyyə və mühasibat uçotu hesabatlarının mərkəzləşdirilmiş qaydada, bulud texnologiyaları əsasında aparılmasını təmin edən FARABİ layihəsi SINAM şirkəti tərəfindən tətbiq olunur. Layihə çərçivəsində sənədləşmə Milli Mühasibat Uçotu Standartları (MMUS) və Maliyyə HesabatlarınınBeynəlxalq Standartları (IFRS) əsasında aparılır.

II mərhələdə FARABİ layihəsinə daha 60 təşkilatın qoşulması nəzərdə tutulmuşdur. İlkin mərhələdə sistemə 39 büdcə təşkilatları və büdcədən maliyyələşdirilən təşkilatlar qoşulmuşdur.

Sistemin əsas prinsipləri və üstünlükləri aşağıdakılardır:

Sistem İKT sahəsində hal-hazırda istifadə olunan ən müasir bulud texnologiyası əsasında qurulmuşdur;

Proqram təminatının funksionallığı "Müəssisə resurslarının idarəedilmə sisistemi" (beynəlxalq klassifikasiya üzrə - "ERP system") prinsiplərinə müvafiq qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir;

SistemdəVergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi ilə birbaşa inteqrasiya dəstəklənir. Bu cür inteqrasiya prosesləri isə Elektron Hökumət konsepsiyasının G2G (dövlət-dövlət) komponentinin əsasını təşkil edir;

Yaradılan sistemin yaxın vaxtlarda Xəzinə İnformasiya İdarəetmə sistemi ilə də inteqrasiyası istiqamətində fəaliyyət davam etdirilir;

Sistemin şəbəkəsi və istifadəçilərin Verilənlər Mərkəzi ilə bağlantısı respublikada mövcud ən təhlükəsiz şəbəkə üzərində qurulur;

Məlumatların təhlükəsiz ötürülməsinin təmin edilməsi üçün istifadəçilərə elektron açar və elektron imza da təqdim olunacaq;

Sistemdə hər bir istifadəçinin səlahiyyətləri və məlumatlarının məxfiliyi qorunur;Sistemin geniş analitik imkanlara malik olması, istifadəçilərə mövcud məlumatlar üzərindən müxtəlif analitik hesabatlar hazırlamağa şərait yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti