...

Azərbaycan və İran İKT sahəsində sahibkarlara dəstək verəcəklər

Telekommunikasiya Materials 5 Dekabr 2014 17:13 (UTC +04:00)
Azərbaycan və İran iki ölkənin bazarlarında İT şirkətlərinin aktiv fəaliyyəti üçün hərtərəfli şərait yaradacaqlar.
Azərbaycan və İran İKT sahəsində sahibkarlara dəstək verəcəklər

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan və İran iki ölkənin bazarlarında İT şirkətlərinin aktiv fəaliyyəti üçün hərtərəfli şərait yaradacaqlar. Trend xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, göstərilən məsələ Bakıda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla iranlı həmkarı Mahmud Vaezi arasında keçirilən görüşdə müzakirə edilib.

Görüş çərçivəsində tərəflər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə Ə.Abbasov iki ölkə arasında son zamanlar intensiv aparılan danışıqların səmərəli nəticəsinin İT sektoruna müsbət təsirinə də diqqət çəkib.

Öz növbəsində, M.Vaezi səmərəli keçən bu görüşlərin tərəflər arasında yeni mərhələyə təkan verdiyini vurğulayıb.

"BakuTel-2014" sərgisində İranın 10 İKT şirkəti ilə təmsil olunduğunu da nəzərə çatdıran M.Vaezi həmin şirkətlərin Azərbaycan bazarına göstərdikləri maraqdan danışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti