...

Azərbaycanın IT şirkəti Afrika bazarına çıxır

Telekommunikasiya Materials 7 Aprel 2015 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan SİNAM Afrikanın İnformasiya Kommunikasiya Texnologiyaları bazarında da öz fəaliyyətini genişləndirməkdədir.

SİNAM-dan Trend-ə verilən məlumata görə, şirkət Ruanda Milli Bankı tərəfindən keçirilən "Müəssisənin Verilənlər Anbarının yaradılması və Biznes Analitika sistemlərinin təchizatı, quraşdırılması və işə salınması" tenderində Ruandanın yerli şirkətlərindən biri ilə konsorsiumda iştirak edir.

Şirkət bu layihə üçün öz təklifini artıq təqdim edib. Tenderdə SİNAM şirkətindən başqa dünyada tanınmış 5 digər İT şirkəti də iştirak edir. Hazırda təkliflər qiymətləndirilmə mərhələsindədir.

Qeyd edək ki, SİNAM şirkəti Azərbaycanda və Orta Asiyada uzun illərdir uğurlu fəaliyyət göstərməkdədir. Şirkət İKT həlləri, xüsusilə də bank həlləri üzrə zəngin təcrübəyə malikdir. SINAM Azərbaycan Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı, Qırğızıstanın Dövlət Vergi Xidməti üçün verilənlər anbarlarının yaradılması, Biznes Analitika həllərinin təchizatı, inteqrasiyası üzrə bir sıra layihələri uğurla həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti