...

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

Telekommunikasiya Materials 12 Mart 2018 14:32 (UTC +04:00)
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.
Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Böyük Kəsik stansiyasında və Böyük-Kəsik-Qardabani istiqamətində 5,7 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 470 km dəmir yolu əsaslı təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti