...

Sürücülərin NƏZƏRİNƏ! Bu prospektlərdə rənglənmə işləri aparılacaq

Telekommunikasiya Materials 11 Sentyabr 2018 15:44 (UTC +04:00)
İşlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.
Sürücülərin NƏZƏRİNƏ! Bu prospektlərdə rənglənmə işləri aparılacaq

Bakı. Samir Əli - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Parlament prospekti, Mehdi Hüseyn küçəsindən Teymur Elçin küçəsinə kimi və Neftçilər prospekti, Azneft dairəsindən Dalğa arenasına kimi üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, işlər axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Agentlik sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti