...

Samsung "Azərpoçt" MMC-nin ölkə əhalisinə müraciəti ilə bağlı rəsmi açıqlama verib

Telekommunikasiya Materials 10 Oktyabr 2019 11:30 (UTC +04:00)
"Azərpoçt" MMC son zamanlar qurum adından əhaliyə "Azərpoçt" MMC-nin loqosu ilə saxta bildirişlərin göndərildiyi haqqında xəbərdarlıq edir.
Samsung "Azərpoçt" MMC-nin ölkə əhalisinə müraciəti ilə bağlı rəsmi açıqlama verib

Bakı. Trend:

Sentyabr ayının 24-də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin yanında fəaliyyət göstərən "Azərpoçt" MMC-nin, ölkə əhalisinə müraciəti haqqında məlumatı paylaşıb.

Məlumata əsasən, "Azərpoçt" MMC son zamanlar qurum adından əhaliyə "Azərpoçt" MMC-nin loqosu ilə saxta bildirişlərin göndərildiyi haqqında xəbərdarlıq edir. Bildirişin məzmununa görə, istifadəçinin bank kartı məlumatlarının qeyd etməsi müqabilində, ona Samsung Galaxy 10 məhsulu hədiyyə olunması vəd edilir. Beləliklə də, aldadılmış sakinlərin hesablarından pul vəsaitləri silinir.

Öz növbəsində, Samsung-un Azərbaycanda rəsmi nümayəndəliyi də bu məsələ ilə bağlı açıqlama verərək, bu bildirişlərin şirkətlə heç bir əlaqəsi olmadığını qeyd edib. Şirkət bildirib ki, bütün rəsmi Samsung məhsulları yalnız xüsusi alış-veriş mərkəzlərində və şirkət tərəfdaşlarının mağazalarında əldə oluna bilər və şəxsi məlumat müqabilində şirkət tərəfindən hər hansı məhsulun təqdim edilməsi həyata keçirilmir. Həmçinin Samsung keçirilən aksiyalarla bağlı bütün məlumatın şirkət tərəfdaşlarının rəsmi saytlarında və sosial şəbəkə hesablarında, həm də KİV vasitəsi ilə geniş ictimaiyyətə təqdim olunduğunu qeyd edib.

Əziz vətəndaşlar, diqqətli olun! Bu kimi bildirişlərin Samsung şirkəti ilə əlaqəsi olmadığını bir daha diqqətinizə çatdırırıq. Həmçinin, qeyd etmək istəyirik ki, brauzeriniz sizi yönləndirdiyi kənar saytlarda olan məlumatlar həqiqətə uyğun deyil, belə ki, onlar zərərli proqramlar tərəfindən yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti