...

Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır

Telekommunikasiya Materials 26 Noyabr 2020 11:20 (UTC +04:00)
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır

Bakı. Fidan Babayeva - Trend:

Yaxın zamanlarda Azərbaycan-İran sərhədində avtomobil körpüsünün tikintisinə başlamaq planlaşdırılır.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Nazirlik nümayəndəsinin sözlərinə görə, ötən ilin sonunda Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün vacib əhəmiyyət daşıyan körpünün tikintisi başa çatıb:

“Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun tikintisi davam edir. Bu yolun 2021-ci ilin sonunadək başa çatması planlaşdırılır”.

Nazirlikdən bildiriblər ki, Azərbaycan öz ərazisində regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açan və Hindistan, Pakistan, İran, Fars körfəzinin digər ölkələrindən Şimali və Qərbi Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yüklərin daşınma müddəti və məsafəsini əhəmiyyətli dərəcədə azaldacaq “Şimal-Cənub” nəqliyyat layihəsinin reallaşdırılması ilə bağlı bütün işləri başa çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti