...

Azərbaycanda plagiat əleyhinə milli sistem hazırlanır

Telekommunikasiya Materials 15 İyul 2021 15:42 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda plagiat əleyhinə milli sistem hazırlanır.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər.

Qeyd olunub ki, sistemin konsepsiyası artıq hazırdır: "Biz plagiat əleyhinə sistemin işini öyrənmişik və öz xidmətimizin hazırlanmasına başlamışıq. Bundan başqa, məlumatların intellektual təhlili üzrə tədqiqatlar aparılır. Bu işlər çərçivəsində "CrossRef" qeyri-kommersiya təşkilatı və DOI beynəlxalq fondu rəqəmsal obyektlərin eyniləşdiricisi üzrə geniş məlumatları instituta təqdim edib".

İnstitutdan, həmçinin bildiriblər ki, qurum plagiatla mübarizə üsullarını, o cümlədən plagiat əleyhinə proqram təminatını və əsas göstəricilər üzrə təhlili öyrənib.

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti