...

Onlayn xəritələrdə təhrif edilmiş 100-dən çox Azərbaycan toponimi düzəldilib - Nazirlik

Telekommunikasiya Materials 11 Mart 2022 17:06 (UTC +04:00)
Onlayn xəritələrdə təhrif edilmiş 100-dən çox Azərbaycan toponimi düzəldilib - Nazirlik

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın coğrafi adları bəzi onlayn xəritələrdə qəsdən təhrif edilib. Xüsusilə də, Qarabağdakı yer adları ilə bağlı "Google" və "Yandex" kimi şirkətlər belə təhriflərə yol veriblər.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

O qeyd edib ki, bu problemin səbəbi texniki xarakter daşıyır: “Onlayn xəritələr çox zaman həmin ərazidə yaşayan, məskunlaşmış insanlar tərəfindən oraya verilən adlar əsasında hazırlanır. 30 ilə yaxın müddət ərzində Azərbaycanın işğal edilmiş torpaqlarında yaşayan ermənilər bu fürsətdən istfadə edərək həmin xəritə sahiblərinə erməni mənşəli adlar barədə məlumatlar göndəriblər.

Torpaqlar işğaldan azad ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan hökuməti bu təhriflərə qarşı fəaliyyət göstərib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəznində Elektron Təhlükəsizlik Xidməti ötən dövr ərzində "Google" və digər şirkətlərə rəsmi məktublar göndərib, son bir il ərzində 15 belə rəsmi məktub göndərilb. O məktubların içərisində təhrif olunmuş və düzgün coğrafi adlar qeyd olunub. Bunun sayəsində 100-dən çox Azərbaycan coğrafi toponim adı düzəldilib. Bu istiqamətdə fəaliyyətimiz davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti