...

Azercell Telecom-un özəllişdirilməsi ilin sonuna qədər başa çata bilər

Telekommunikasiya Materials 12 İyul 2006 17:43 (UTC +04:00)

Mobil rabitə operatoru Azercell Telecom BM-in dövlət payının qiymətləndirilmə prosesi davam edir. Qiymətləndirilmə başa çatdıqdan sonra özəlləşdirmə həyata keçiriləcək. Trend in verdiyi xəbərə görə, bu barədə Dövlət əmlakının idarəsi üzrə dövlət komitəsinin başçısı Kərəm Həsənov bildirib. Onun sözlərinə görə, bu proses ilin sonuna qədər başa çata bilər.

Bu müəssisədə dövlətin payı 35,7% təşkil edir. Qalan hissə - 64,3% Azərtell şirkətinə məxsusdur. Sonuncu Fintur Holdings B.V. (79,78%) və Cenay İnşaat (20,22%) şirkətlərinə məxsusdur.

Bu operator ölkədə mobil rabitə xidməti göstərən iki şirkətdən ən böyüyüdür. Bakcell operatoru artıq 2003-cü ilin sonunda özəlləşdirilib.

Xəbər lenti

Xəbər lenti