...

Azərcell Simurq" xidməti üzrə güzəşt kampaniyasının müddətini uzadıb

Telekommunikasiya Materials 15 Mart 2007 17:52 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın mobil rabitə operatoru Azərcell BM artıq üç aydır fəaliyyət göstərən "Simurq" xidməti üzrə güzəşt kampaniyasının müddətini uzadıb. Bu barədə məlumatı cümə axşamı şirkətin mətbuat xidmətindən veriblər.

Yeni "Azərcell" nömrələrinin hamısı "Simurq" interaktiv xidmətini dəstəkləyir. Mövcud abonentlərin də "Simurq"a qoşulmalarını asanlaşdırmaq üçün "Azərcell Telekom" BM yeni xidmət istifadəyə verildiyi gündən etibarən 3 aylıq endirim kampaniyası elan etmişdi. Kampaniya dövründə abonentlər 50%-lik endirimlə Simkart dəyişikliyi etmək imkanını qazanmışdılar. İlkin olaraq, bu güzəşt kampaniyasının martın 15-də bitəcəyi nəzərdə tutulmuşdu.

"Azərcell" Novruz bayramı münasibətilə "Simurq" xidmətini dəstəkləyən simkart dəyişikliyinə tətbiq edilən 50 faizlik güzəşt kampaniyasının müddətini bu ilin sonunadək uzatdı. Beləliklə, "Azercell" abonentləri bu il dekabrın 31-dək 3.54 AZN (ƏDV daxil) ödəməklə, interaktiv informasiya və əyləncə xidmətinə qoşula biləcəklər.

Xidmətə qoşulmaq pulsuzdur. Bunun üçün sadəcə telefonun menyusunda həmin xidməti aktivləşdirmək lazımdır.

Hazırda 2006-cı ilin 15 dekabrdan fəaliyyətə başlayan Simurq xidməti üzrə abonentlərin sayı 55 mini keçir.

Rusiyadan sonra MDB ərazisində ilk olaraq bu xidmət Azərbaycanda tətbiq olunub.

Simurq fərdi informasiya vasitəsi hesab olunur. Bu interaktiv xidmətin istifadəçiləri ən yeni xəbərləri, öz maraq dairələrinə uyğun olan məlumatları sifariş edə bilərlər.

Bu xidmətə qoşulmaq istəyən abonentlər Azercell müştəri xidmətlərinə müraciət edərək xidməti dəstəkləyən Sim-kart ala bilərlər.

Xəbər lenti

Xəbər lenti