Azərbaycan, Bakı, 13 yanvar /Trend/
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkədə Mineral Ehtiyatlar Hasilatı ilə məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi üzrə fəaliyyət barədə 2011-ci ili əhatə edən illik hesabatın tərtibi və dərci məqsədilə müsabiqə elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Fondun rəsmi mətbuatda yayılan məlumatında deyilir.
"Təkliflər 18 yanvar 2012-ci il saat 18:00-a qədər təqdim edilməlidir" , - məlumatda qeyd edilir.
Təkliflər Bakı şəhəri, Neftçilər prospekti, 24 ünvanına təqdim edilməlidir.
Əlaqə telefonu: 498-77-53 (daxili129), faks: 498-17-60, e-mail: [email protected].
Əlaqələndcirici şəxs: Fərid Fərzəliyev.
Azərbaycan MHŞT-yə 2003-cü ildə qoşulub. Anlaşma memorandumu 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, "Exxon", "Statoil", "Total", "Lukoil", "Chevron", "Shell", "Devon Enerji" kimi böyük şirkətlər tərəfindən imzalanıb.