Azərbaycan, Bakı, 5 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın Sənaye və Energetika Nazirliyi alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyi layihəsi çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinin dəstəklənməsi üçün məsləhət xidmətlərinin əldə olunmasına dair tender elan edib.
Tender yeddi lotda elan edilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Xalq qəzeti"ndə dərc edilən elanda deyilir.
Tenderdə iştirak barədə ərizə və digər sənədlər iyunun 21-i saat 17:00-dək təqdim olunmalıdır. Tender təklifi və bank zəmanəti isə iyulun 2-si saat 17:00-dək təqdim olunmalıdır. Tender təklifləri 3 iyul saat 11:00-də açılacaq.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət etmək olar: Azərbaycan, Bakı, AZ 1000, Ü.Hacıbəyov küçəsi, Hökumət Evi, 9-cu mərtəbə, tel.: (+99412) 493 46 33, 493 72 74, faks: (+99412) 598 16 78, elektron poçt ünvanı: [email protected]
Əlaqələndirici şəxslər: Rafiq Əliyev və Cəmil Məlikov