...

Şuşa Rayon Mərkəzi Xəstəxanasında bu işlərə 2,3 milyon manat ayrıldı

Tender müsabiqələri Materials 3 Dekabr 2024 14:14 (UTC +04:00)
Şuşa Rayon Mərkəzi Xəstəxanasında bu işlərə 2,3 milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa Rayon Mərkəzi Xəstəxanasının köməkçi binaları yeni tibbi avadanlıqlarla təchiz olunacaq.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti bununla bağlı hazırlıqlara başlayıb.

Qurum sözügedən işlərin icrasını "Arash Medical Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib. Bunun müqabilində isə şirkətə 2.360.000 AZN (2 milyon 360 min manat) məbləğində vəsait ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti