...

Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik

Nəzər nöqtəsi Materials 22 Avqust 2019 17:29 (UTC +04:00)
Bu günlərdə qəzaya uğrayan MİQ-29 döyüş təyyarəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif çaşdırıcı fikirlərin müzakirəsini məqsədəuyğun hesab etmirəm.
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik

Bakı. Samir Əli - Trend:

Bu günlərdə qəzaya uğrayan MİQ-29 döyüş təyyarəsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif çaşdırıcı fikirlərin müzakirəsini məqsədəuyğun hesab etmirəm.

Bunu Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, ilk növbədə, heç kim hadisədən, təbii fəlakətdən sığortalanmayıb: "İkincisi isə bu hadisənin təfərrüatı barədə Müdafiə Nazirliyinin rəsmi açıqlaması var və bu, hər kəsi qane etməlidir. Çünki bəzi qruplar ictimai fikri çaşdırmaq üçün dövriyyəyə müxtəlif fikirlər ataraq müzakirələr açırlar. Bu isə kimlərinsə maraqlarına xidmət edir və ordumuz, dövlətimiz haqqında mənfi fikir yaratmaq məqsədi daşıyır. Xüsusilə, bu mövzunun müzakirəsi anti-Azərbaycan qüvvələrin, ölkəmizə qarşı kampaniya aparan qrupların marağındadır. Lakin yaddan çıxarmaq lazım deyil ki, torpaqlarımız işğal altındadır və döyüş vəziyyətində olan bir ölkənin vətəndaşları hərbi məlumatların müzakirəsində ehtiyatla davranmalıdır. Belə hadisələrin kimlərsə tərəfindən siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti