...

Fərid Şəfiyev: Nümayəndələr Palatasının Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır

Nəzər nöqtəsi Materials 30 Oktyabr 2019 13:02 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən 29 oktyabrı 1919-cu ildə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır
Fərid Şəfiyev: Nümayəndələr Palatasının Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən 29 oktyabrı 1919-cu ildə 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qətnamə qəbul etməsi açıq siyasi xarakter daşıyır və beləliklə, tarixi araşdırmalara, xüsusilə müasir Türkiyədə Birinci Dünya Müharibəsi zamanı ermənilərin köçürülməsi ilə bağlı tədqiqatlara, üstəlik, Ermənistanla Türkiyə arasında hər hansı dialoqa töhfə verməyəcək.

Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlarla yanaşı, ABŞ-ın Ankaraya qarşı elan etdiyi sanksiyalar zamanı belə bir qərarın qəbulu qətnamənin geosiyasi xarakterini daha çox vurğulayır və hadisələrin tarixi məzmununu pozur.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev ABŞ Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qətnaməni Trend-ə şərh edərkən deyib.

Onun sözlərinə görə, ümumilikdə bu, bir daha göstərir ki, ABŞ-ın xarici siyasəti bir tərəfdən getdikcə daha çox Vaşinqtondakı etno-milliyətçi lobbidən asılı vəziyyətə düşür, digər tərəfdən, dayanıqsız və müvəqqəti olur: "Bu, qismən onun nəticəsidir ki, son 30 ildə ABŞ-ın daxili siyasətindəki əsas oyunçular - müvafiq olaraq Respublikaçılar Partiyası dini və Demokratlar Partiyası etno-milliyətçi faktorların təsiri altına düşüb. Fikrimcə, bu, ABŞ-ın uzunmüddətli milli maraqlarına və ümumilikdə, demokratiyanın prinsiplərinə ziddir.

Qətnamənin xarici siyasi mahiyyətinə baxdıqda, demək olar ki, bu, ABŞ-la Türkiyə arasında pisləşən müttəfiq münasibətlərinə xələl gətirəcək və ən əsası ABŞ-ın regionda apardığı gələcəyə hesablanmayan, qeyri-sabit siyasətin nümunəsi olacaq.
Tarixi kontekstdə isə ümumilikdə, digər qitə haqqında heç bir peşəkar tarixi təhsilə malik olmayan siyasətçilərin tamamilə elmi yanaşma tələb edən məsələ ilə bağlı qərar qəbul etməsi absurddur".

BMTM sədri əlavə edib ki, Ermənistan və erməni lobbisi qəbul edilmiş qətnaməni tarixi qələbə kimi təqdim edir. Lakin baş verənlərin fonunda bu sənədin qəbul edilməsi əslində onu göstərir ki, 1915-ci ildə olduğu kimi, erməni məsələsi bu gün də dünya gücləri tərəfindən xarici siyasətdə alət kimi istifadə edilir: "Bunun fonunda Azərbaycan üçün təhlükəsizliyinə müəyyən töhfə verməyə davam etdiyi Qərb tərəfdaşlarından Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının davam edən işğalını tanımağı və 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş faciəvi hadisəni soyqırımı kimi qəbul etməyi daha prinsipial şəkildə tələb edilməsi əhəmiyyət kəsb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti