...

Sloveniyanın “Eurovision 2012"-dəki təmsilçisi: Xüsusən plovu çox bəyəndim (FOTO)

Eurovision-2012 Materials 21 May 2012 13:15 (UTC +04:00)
Sloveniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən ən gənc müğənni Eva Boto müsabiqəni karyerasının ən parlaq səhifəsi adlandırır.
Sloveniyanın “Eurovision 2012"-dəki təmsilçisi: Xüsusən plovu çox bəyəndim (FOTO)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Sloveniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən ən gənc müğənni Eva Boto müsabiqəni karyerasının ən parlaq səhifəsi adlandırır.

"Özümü burada çox yaxşı hiss edirəm. Mənim 16 yaşım var, şou-biznesdə hələ çox təzəyəm. "Eurovision 2012" isə mənim karyeramda ən böyük səhifədir, bu sadəcə inanılmazdır", - bunu Trend-ə müsahibəsində Sloveniya təmsilçisi deyib.

O, Azərbaycanın gözəlliyindən də həvəslə danışıb. "Azərbaycan çox gözəl ölkədir. Gözəl Bakını gəzdik, İçərişəhəri gəzdik və Azərbaycanın milli xörəklərindən daddıq, xüsusən plovu çox bəyəndim", - Eva Boto bildirib.

"Bakı Kristal Zalı"nı və yaradılan şəraiti yüksək qiymətləndirən ifaçı zalın gecələr saçdığı rəngarəng işıqlara xüsusən heyran olduğunu deyib.

Eva Boto öz favoritləri arasında əsasən Azərbaycan və Danimarkadan olan təmsilçiləri gördüyünü qeyd edib.

Azərbaycanla bağlı təəssüratlarının uzun müddət yaddaşında qalacağını deyən müğənni gələcəkdə də Azərbaycana gəlmək arzusunu diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti