...

İran səfiri və Gürcüstanın XİN başçısı müntəzəm məsləhətlərə dair razılığa gəliblər

Dünya xəbərləri Materials 11 Fevral 2008 17:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, / Trend , müxbir N.Kirtsxaliya / Fevralın 12-də Gürcüstanın xarici siyasət idarəsi başçısı David Bakradze İranın Gürcüstandakı səfiri Moctab Damirçuleni qəbul edib. Gürcüstan XİN-dən verilən məlumata görə, tərəflər iki ölkə arasında əlaqələrin müxtəlif aspektlərini gözdən keçiriblər.

Görüşdə regional əməkdaşlığın inkişaf perspektivlərinə toxunlub, iqtisadi sahədə, konkret olaraq investisiya sahəsində sıx əməkdaşlığa da diqqət yetirilib.

Tərəflər müntəzəm məsləhətlərin dərinləşməsinə dair razılıq əldə ediblər. Qeyd edilib ki, ötən il Gürcüstan və İranın təhsil və mədəniyyət sahələrində sıx əməkdaşlığı ilə seçilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - aynur

Xəbər lenti

Xəbər lenti