Qırğızıstan, Bişkek, 28 may/ Trend müxbir R.Məşədihəsənli/ Bu ilin mayın 31-də Bişkekdən 254 km aralıda yerləşən Çolpon-Ata şəhərində Türkdilli ölkələrin Androloqlar Assosiasiyasının Simpoziumu keçiriləcək.
Simpozium Qırğızıstanın Uroloji və Androloji Cəmiyyəti və Türkdilli ölkələrin Androloqlar Assosiasiyasının Qırğızıstanın Səhiyyə nazirliyinin dəstəyi ilə təşkil olunub.
Bu gün kişi sağlamlığı problemi sosial problemlərdən biri kimi sayılır.
- Spisifik kişi xəstəliklərinin - prostatın xərçəngi yuxarı templərlə artamısı müşayyət olunur.
- Kişi cinsi orqanlarının soyuqdəyməsinin geniş yayılması (prostatit, uretrit və s.). Bunların hamısı kişilərin həyatının keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
- Kişilərin 60% müxtəlif dərəcəli sonsuzluqdan əziyyət çəkir. Bunlardan yalnız 10% mütəxəsislərə müraciət edirlər.
Keçiriləcək Simpozium mühüm hadisədir, çünki burada Androloji və kişi sağlamlığının digər aspektləri müzakirə olunacaq. Simpoziumda Türkiyədən, Qazaxıstandın, Azərbaycandan, Özbəkistandan və Qırğızıstandan 200-dən artıq həkim iştirak edəcək.
Simpoziumun məqsədi Mərkəzi-Asiya regionunda androloji xidmətin vəziyyətini işıqlandırmaq, Türkdilli ölkələrin Androloqlar Assosiasiyasının əməkdaşlığını möhkəmləndirməkdir.
Bundan səvai Simpoziumda, səhiyyədə geniş yer almış erektil disfunksiya, vaxtından əvvəl eakulasiya, prostatın adenoması və sarə xəstəliklər müzakirə olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]